top
Səməd Vurğunun dostu, Qusarın Əməkdar müəllimi Zal Zalov
24 noyabr 2022, 19:30
- +

Səməd Vurğunun dostu, Qusarın Əməkdar müəllimi Zal Zalov

Zal Zalov 1915-ci ildə Qusar rayonunun Cibir kəndində anadan olub.

O, Cibir kəndində təhsil alandan sonra Qusar Pedaqoji Məktəbini bitirib. Zal 1933-cü ildən Piral kənd məktəbində müəllimliyə başlamışdır. Daha sonra o, 1934-cü ildə Qusarın Yuxarı Zeyxur ibtidai məktəbinə müdir təyin edilmiş, 1936-1938-ci illərdə isə V.İ.Lenin adına ikiillik APİ-nin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) kimya-biologiya fakültəsində təhsil almışdır.

Zal 1938-ci ildə Qusarın Həzrə kənd orta məktəbinə müəllim, 1941-ci ildə Cibir kənd orta məktəbinə direktor təyin edilib.

O, 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda ordu sıralarına çağırılmış, 1942-ci ildə müharibədə yaralanaraq ordudan tərxis olunmuşdur. Daha sonra o, Qusara geri dönmüşdür. 1942-ci ildə Cibir kənd məktəbinə, 1944-cü ildə Yasab kənd orta məktəbinə, 1944-cü ildə Düztahir kənd orta məktəbinə, 1952-ci ildə Həzrə kənd orta məktəbinə direktor vəzifəsinə təyin edilmişdir.

1960-cı ildə öz xahişi ilə Cibir kəndindəki səkkizillik məktəbə direktor təyin olunmuş, qısa müddət ərzində kənd camaatının köməyi ilə yeni məktəb binasını tikdirərək, kənddə orta məktəbin açılmasına nail olmuşdur.

Zal 47 il ərzində Qusarın Həzrə, Düztahir, Yuxarı Zeyxur və Cibir kənd məktəblərində çalışmışdır. Həmçinin o, Cibir kəndində yeni məktəb, klub və başqa binaların tikilməsinin təşəbbüskarı olmuşdur.

Zal Zalov  “Qabaqcıl maarif xadimi” nişanı, “Əməkdar fərqlənməyə görə” medalı ilə təltif edilmiş, 1978-ci ildə isə ona Azərbaycan Respublikasının “Əməkdar müəllimi” adı verilmişdir.

O, Xalq şairi Səməd Vurğunla dostlu idi.

Zal Zalov 1996-cı ildə vəfat edib.

İstinad edilən mənbələr:


  • Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.

  • Davudov B.B., Ələsgərov B.A., Muradağayev M.S. Qusarın şanlı övladları. Bakı-2005.

  • Elbrus Şahmar. Qusar beşiyim mənim. Bakı-2012.


 

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər