Ayı soğanına, xalyar (lat. Allium ursinum) kimi tanınan bitkiyə ölkəmizin şimalında rast gəlmək mümkündür.
Shimal.News məlumat verir ki, adətən Quba, Qax, Zaqatala, Balakən rayonlarının və Böyük Qafqazın meşələrində yetişir. Yerli mətbəxdə onun özünəməxsus yeri var.
Soğanabənzər bu bitki "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. Onu bazarda 25-55 manata almaq olar.
Ayı soğanının bir çox xroniki xəstəliyə qarşı güclü müalicəvi təsiri var. O, zehni tənzimləyir, konsentrasiyanı artırır, yaddaşı gücləndirir və həzm prosesini yaxşılaşdırır. Eləcə də təzyiqi aşağı sala bilir. Qan damarlarını açan, antibakterial və göbələk xəstəliklərinə qarşı effektiv təsir göstərən xalyar, böyrəkləri və su yollarını da tənzimləyir.