Rusiya Dövlət Tretyakov Qalereyasının (Moskva) kolleksiyasında "Naməlum" adlı rəsm əsəri qorunub saxlanılır.
Shimal.News bu dəfə oxucuların diqqətinə çatdırır ki, əfsanəyə görə əsər qəhrəmanının prototipi rus yazıçı Bestujev-Marlinskiy ilə evlənən bir qusarlı qızdır.
Deyilənə görə, 1829-cu ildə Qusara sürgün edilən Bestujev-Marlinski, xidmət yoldaşı və dostu İbrahim Xəlilin bacısı Rugiya adlı bir gözəl ilə evlənir. Ərinin ölümündən sonra Rugiya yaşlı bir generalla ailə qurur və onunla birlikdə Sankt-Peterburqa yola düşür.
Rugiyanın səyahət etdiyi ekipajın təkəri sınır. Təmir işləri aparılan zaman, gənc rus rəssamı İvan Kramskoy "Şərq Gözəli"-nin bir neçə eskizini çəkməyi bacarır.
Rəssam qadının adını öyrənmək istəsə də, qürurlu ləzgi xanımı bu təklifdən imtina edir. Buna görə də Kramskoyun rəsm əsəri 1883-cü ildə "Naməlum" adlandırılıb.