top
Qusarın Yuxarı Qələnxur (Kalunxür) kəndi
31 yanvar 2023, 16:02
- +

Qusarın Yuxarı Qələnxur (Kalunxür) kəndi

Yuxarı Qələnxur (qədim Kalunxür) kəndi Qusar rayonunun rayon mərkəzindən təxmini 30 kilometr məsafədə, dağətəyi ərazidə, Qusar maili düzənliyində yerləşir. Hazırki kəndin bünövrəsi 1960-cı illərdə qoyulmuşdur.

“Kalunxür” adı ləzgi dilində “düzənlik yer” mənasını verən “kal” sözündən əmələ gəlmişdir. Bu fikrin həqiqətə uyğun olduğunu kənddə təsadüf edilən “Kalun pel (“Kalun təpəsi”)”, “Kalun rex” (“Kalun yolu”), “Kalun vir” (“Kalun gölü”) toponimləridə sübut edir.

Kəndə əhali yüksəklikdə yerləşən “Pazu” adlı ərazidən köçürülmüşdür və o ərazidə hal-hazırda qədim məscidin dağıntılarından başqa heç nə qalmamışdır. Kəndin Qədim Kalunxür yeri isə hazırda Aşağı Qələnxur kəndinin yuxarısında yerləşən, “Çuru xür” (“Dağılmış kənd”) adlı yerdə olmuşdur. Bu faktı orada yerləşən qədim qəbiristanlıq da sübut edir.

Azərbaycan toponimlərinin ensiklopedik lüğətində qeyd olunub ki, “Qələxür” orta əsrlərə (XIV-XV) aid yaşayış yerinin qalıqlarıdır. O zaman buradan ticarət yolu keçirdi. Lüğətdə kəndin adının “qələ” və “xür” komponentlərindən ibarət olduğu və “qala kəndi”, “qalası olan kənd” mənasını verdiyi yazılıb.

1915-ci ilin “Qafqaz təqvimi”ndə indiki Yuxarı Qələnxur (Kalunxür) kəndi “Геленхур” kimi qeyd olunur və orada 239 nəfərin yaşadığı qeyd olunur. 2009-cu ilin rəsmi məlumatına əsasən, Yuxarı Qələnxurda əhalinin sayı 599 nəfər təşkil edib.

İstinad edilən mənbələr:

○     Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. Bakı-2010.

○     Nazim Tapdıqoğlu (Vəlişov). Qusar ensiklopediyası. Bakı-2018.

○ Кавказский календарь на 1915 год. Тифлис-1914.

○     Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı-2007.

○     Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər