Suvacal kəndi Qusarçayın sahilində, Baş Qafqaz silsiləsinin ətəyində yerləşir.
Kəndin adının mənası Azərbaycan toponimlərinin ensiklopedik lüğətində və Nazim Tapdıqoğlunun “Qusar ensiklopediyası” kitabında verilib. “Suvacal” oykonimi ləzgi dilindəki “sıva (suva)”- “dağ” və türk dilindəki “çal (cal)” - “təpə” sözlərindən ibarətdir və “dağın təpəsi” mənasını verir.
Suvacal kəndi xeyirxah əməlləri ilə fərqlənən şəxsləri ilə tanınıb. Onlardan biri 200 il əvvəl həccə ziyarətə gedən Ələlxüsus Hacı Məhəmməd Aslan idi. Deyilənlərə görə, Ələlxüsus Hacı Məhəmməd hər cümə günü evində çörək bişirtdirib, yola çıxaraq gedib-gələnlərə paylayarmış. Bundan əlavə, o, hər gün səhənglə kasıblara süd də verirmiş.
“Qafqaz təqvimi”nin 1914-cü ilə aid məlumatına əsasən, Suvacal kəndində 205 nəfər yaşayıb. 2009-cu ilin rəsmi məlumatına görə, kəndin əhalisi 708 nəfər təşkil edib. Əhali, əsasən, heyvandarlıq, əkinçilik, bağçılıq və bostançılıqla məşğul olur.
İstinad edilən mənbələr: