top
Qusarın Cibir kəndi: 400 il əvvəl salınan kənd
22 dekabr 2022, 20:00
- +

Qusarın Cibir kəndi: 400 il əvvəl salınan kənd

Cibir kəndi Qusar rayonunun şimal-qərbində, Piral inzibati ərazisində, dağətəyi düzənlikdə yerləşir.

Bəzi məlumatlara görə, kənd Dağıstanın (Rusiya) Axtı rayonundakı Çeper (Caba) kəndindən köçmüş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Sakinlər yeni yaşayış məntəqəsinə öz köhnə adını vermişlər. Digər məlumatlara görə, yerli əhali kəndə “Cibir” - “Чи пIиp” (ləzgi dilindən “bizim pirimiz”) adını veriblər.

Kənd indiki yerində təxminən 400 il əvvəl salınmışdır. Ehtimal olunur ki, Cibir kəndi dörd dəfə yerini dəyişmişdir. Əhalinin tez-tez köçmə məcburiyyəti düşmənlərin hücumları və təbii fəlakətlərin baş verməsi ilə əlaqəli idi.

XVIII əsrdə Cibir Quba əyalətinin böyük kəndlərindən idi və burada kənd təsərrüfatını inkişaf etdirməkdən ötrü əlverişli şərait var idi. Dərbəndə gedən dəvə karvanları buradan keçirdi. Həmin yol indi də “Dəvə yolu” adlanır.

1885-1903-cü illərdə burada dünyəvi məktəb fəaliyyət göstərmişdir. 1929-1930-cu illərdə isə bu kənddə kolxozlar (kollektiv təsərrüfatlar) yaradılmışdır.

Kənd qədimdən öz bağları və zəmiləri ilə məşhur olmuşdur. Sovet dövrünün ilk illərində burada 2000 hektara yaxın taxıl zəmisi var idi. Burada başqa alma növləri ilə bərabər, “Cibir alması” və 50-dən çox armud növü becərilir. Həmçinin hər bağda armud qurutmaq üçün xüsusi təndirlər var idi.

Kəndin məşhur nəsilləri Abdullahlar, Hesenar, Bardiyar, Kullarar, Teverar, Exterar sayılır. Əhali, əsasən, heyvandarlıq, əkinçilik, bağçılıq və bostançılıqla məşğul olur.

1915-ci ildə olan “Qafqaz təqvimi”ndə əhalinin siyahıyaalınması məlumatına əsasən, Cibir kəndində 1299 nəfər yaşayırdı. 2018-ci ildə əhalinin sayı 1300 nəfər olub.

 

İstinad edilən mənbələr:


  • Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.

  • Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı-2007.

  • Nazim Tapdıqoğlu (Vəlişov). Qusar ensiklopediyası. Bakı-2018.

  • Кавказский календарь на 1915 год. Тифлис-1914.

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər