top
Qusar sözü necə yaranıb?
30 dekabr 2024, 17:00
- +

Qusar sözü necə yaranıb?

Qusar adının yaranması haqqında müxtəlif fikirlər mövcuddur. Qusarın adının yaranmasını ləzgi, türk, ərəb, macar, rus və digər dillərin sözləri ilə əlaqələndirirlər.

Shimal.News məlumat verir ki, mövzu ilə bağlı tədqiqatçı Sədaqət Kərimovanın “Qusar, qusarlılar” adlı kitabında da yazılıb.

Bildirilib ki, Qusar ləzgilərin Kas tayfasının adından götürülüb. Bu tayfa haqqında ilk dəfə Herodot (e.ə 484-425-ci illər) “Tarix” kitabında məlumat verib. Onun sözlərinə görə, “kas” sözü cəm şəkildə “kasar” kimi qeyd olunur. Zaman keçdikcə bu söz ləzgi dilindəki “КцIар” (Qusar) formasını alıb.

Digər mənbələr Qusar adını rus və macar dilindəki süvari alayının adı ilə əlaqələndirirlər. Macarıstanda 1458-ci ildə yaranmış “huszar” adlı süvari qoşununa deyilir. Rus dilində isə həmin süvari qoşun “qusar” adlandırılır. Ruslar ilk dəfə Qusarda öz alaylarını 1839-cu ildə, Quba üsyanından sonra saxlayıblar. Lakin həmin qoşun süvari yox, piyada olub. Həmçinin rus süvari polkları Qafqaza gələnə qədər Qusar adı mövcud idi.

Tarix elmləri doktoru M.M.İxilov ləzgi qrupu xalqlarına həsr etdiyi əsərində Qusar toponiminin ləzgi mifologiyasına əsaslanaraq, “ğutsar” (гьуцар - allahlar) sözündən yarandığını qeyd edib.

Professor Qeybulla Qeybullayev Qusar sözünün qaraqalpaqlar adlı türk xalqının Kosar tayfasının adından götürüldüyünü deyir.

Tarixçi Tofiq Əhmədov Qusar sözünü türklərin qədim “quz” (qus, uz) tayfası ilə əlaqələndirir. Azərbaycan sovet ensiklopediyasına istinad olaraq, quzzlar (quzlar) türkdilli oğuz tayfasının ərəb mənbələrində işlədilən addır.

Gürcü alimi G.G.Georqadzenin fikrincə, Qusar toponimi eramızdan əvvəl II minillikdə Kiçik Asiyada mövcud olmuş, hazırda Türkiyənin Tuz gölünün şərqindəki Xett dövlətinin “Qussar” (Kussar) şəhərinin adından götürülmüşdür.

1896-cı ilin məlumatlarına əsasən, Qusarın adı “Yeni Quba” kimi verilib. Bəzi müəlliflər Qusarın ilkin adının “Qeysəri” olduğunu da qeyd edirlər.

İstinad edilən mənbələr:


  • Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.

  • Azərbaycan toponimlərin ensiklopedik lüğəti. Bakı-2007.

  • Nazim Tapdıqoğlu (Vəlişov). Qusar ensiklopediyası. Bakı-2018.

  • М.М. Ихилов. Народности лезгинской группы: этнографическое исследование прошлого и настоящего лезгин, табасаранцев, рутулов, цахуров, агулов. Махачкала-1967.

  • Г.А.Гейбуллаев. Топоними Азербайджана. Баку-1986.

Son xəbərlər

Kommunal
Bu gün, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Bu gün, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Bu gün, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Bu gün, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Bu gün, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Bu gün, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Bu gün, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Bu gün, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Bu gün, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Bu gün, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Bu gün, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Bu gün, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Bu gün, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Bu gün, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Bu gün, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
Dünən, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
Dünən, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
Dünən, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
Dünən, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
Dünən, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
Dünən, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
Dünən, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
Dünən, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
Dünən, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər