Quşəppəyi elə bir bitkidir ki, əsasən dağətəyi zonalarda bitir. Onun dadı tamamilə fərqli olur. Ondan hazırlanan qutab isə digərlərindən tərkibinə görə fərqlənir. Quşəppəyi qutabı qubalılar tərəfindən hazırlanır və südlə yeyilir.
Shimal.News quşəppəyindən hazırlanan bu qutabın reseptini təqdim edir:
Quşəppəyindən hazırlanan qutab adətən kələmlə bişirilir. Bu da ona fərqlilik qatır. Belə ki, quşəppəyi, soğan və kələm xırda-xırda doğranıb qarışdırılır. Daha sonra xəmir yoğurulur, kündə hazırlanır. Kündə yayılaraq içinə quşəppəyi, soğan və kələm qarışığı tökülür. Bununla yanaşı, onun içərisinə qoz ləpəsi və süd də əlavə olunur. Kündənin ağızı bağlanaraq ocağın üstünə qoyulur. 10 dəqiqə bişirildikdən sonra hazır olur.
Qeyd edək ki, adətən bu qutab südə batırılaraq yeyilir.
Sözügedən təamın hazırlanmasına dair videosüjeti təqdim edirik:
Посмотреть эту публикацию в Instagram
[caption id="attachment_68242" align="alignnone" width="640"]
Shimal.News[/caption]
[caption id="attachment_68243" align="alignnone" width="640"]
Shimal.News[/caption]
Əsmər Sənani