Qənidərə kəndi Quba rayonu ərazisində, Quba şəhərindən 47 km. məsafədə yerləşir. Yaşayış məntəqəsi Çiçi kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır.
Kəndin adı “Qəni” və “dərə” komponentlərindən ibarətdir. Ehtimal edilir ki, “Qənidərə” sözü “qanlı dərə” sözündən yaranıb. Bu isə kəndin daim yadellilərə qarşı döyüş meydanı olması ilə bağlıdır. Həmçinin kəndin adını Qəni adlı şəxslə bağlayanlar da var. Buna əsasən, ehtimal edilir ki, o, burada kənd salıb.
Kənddə iki pir və bir qəbiristanlıq var. Qəbiristanlıqda albanlara və ərəblərə məxsus qəbirlər mövcuddur.
2009-cu ilin rəsmi məlumatına əsasən, Qənidərə kəndinin əhalisinin sayı 107 nəfər təşkil edib.
İstinad edilən mənbələr: