Çənlibel gölü Quba şəhərinin mərkəzindən 14 kilometr məsafədə, İkinci Nügədi kəndi ətrafında, meşəliklərlə əhatə olunan ərazidə yerləşir. Göl 1969-cu ildə (digər mənbələrdə 1950-ci illərdə) torpaqların suvarılması məqsədilə yaradılmışdır. Çox vaxt onu Göygölə bənzədirlər.
Çənlibel gölünün dərinliyi 10-15 metr təşkil edir. Göl bulaq sularından qidalanır. Gölün suyu şirin olduğundan şaxtalı havada donur, buz örtüyünün qalınlığı isə 10 santimetrə çatır. Çənlibelin suyu qızmar havada buz kimi olur. Bu səbəbdən göldə çimmək təhlükəlidir.
Buraya gələn insanlar üçün göldə qayıqla gəzinti, göl ətrafında atla səyahət, restoran və başqa xidmətlər mövcuddur. Göldə balıq tutmaq da mümkündür.
Hazırda bu gölün suyundan ətraf ərazilərdəki yaşayış məntəqələrində əkinçilik və bağçılıqda suvarma məqsədi ilə istifadə olunur.
İstinad edilən mənbələr: