Alpan kənd məscidi Quba rayonunun Alpan kəndində yerləşir. Məscid 1806-cı (1808) ildə İbrahim bəyin rəhbərliyi və kənd camaatının iştirakı ilə usta Pirqulu tərəfindən inşa edilmişdir. İbadətgah 1814-cü ildə istifadəyə verilmişdir.
Alpan kənd məscidinin binası düzbucaqlı formadadır. Damı dəmir təbəqə ilə örtülüb. Minarə güldəstə formasındadır. Minarənin dörd tərəfində gözlük və üstündə aypara rəmzi qoyulub. Məsciddə bir neçə daş kitabə mövcuddur.
İbadət evi sovet dövründə taxıl anbarı kimi istifadə olunub. İbadətgah 1995-1996-cı illərdə anbar kimi fəaliyyətini dayandırıb. Məscid 1996-cı ildə hüquq elmləri doktoru Ələsgər Ələsgərov və şərqşünas Vidad Ələsgərov tərəfindən təmir edilib.
1998-ci ildən Alpan kənd məscidi Dini İcmanın Qərargahı və ibadət mərkəzi kimi fəaliyyət göstərir. 2007-ci ildə ibadətgah Fəxri Aydəmirov adlı şəxs tərəfindən təmir olunmuşdur və burada dəstəmazxana inşa etdirmişdir.
İstinad edilən mənbələr: