Qubadan olan iş adamları Rusiyanın paytaxtı Moskvada yeni superdominant olacağı vəd edilən 76 mərtəbəli kompleks ucaldacaqlar.
Shimal.News məlumat verir ki, bu haqda qonşu ölkənin KİV-ində məlumatlar dərc olunub.
Tikinti Yeni Arbatda yerləşən “kitab-ev” kimi tanınan binanın yerində aparılacaq və "Moskva Dubayı" adlandırılacaq. İcraçı isə azərbaycanəsilli milyarderlər Qod Nisanov və Zarax İliyevə məxsus "Kiyevskaya ploşad" qrupu olacaq.
