top
Qubalı Əhməd Əfəndi Çələbizadənin sovet hakimiyyəti tərəfindən qətlə yetirilməsi
31 oktyabr 2023, 18:30
- +

Qubalı Əhməd Əfəndi Çələbizadənin sovet hakimiyyəti tərəfindən qətlə yetirilməsi

Əhməd Əfəndi Çələbizadə Qubada ilk Tarix-Diyarşünaslıq Muzeyinin yaradıcısı, Quba Cümə məscidinin ruhanisi və “Quba rayonunun adət və qaydaları haqqında” əsərin müəllifi idi. Lakin o, sovet dövründə bir çox ziyalılar kimi repressiyaya məruz qaldı.

Çələbizadə 10 avqust 1937-ci ildə işdə olarkən “xalq düşməni” damğası ilə həbs edildi. Əfəndinin ittihamnaməsində onun “İttihad” adlı partiyanın (Azərbaycanda 1917-1920 illərdə açıq fəaliyyət göstərmiş siyasi partiya) üzvü olması və Çələbizadənin qubalı üsyançı Əli bəy Zizikski ilə sıx əlaqədə olması əks olunmuşdur. Həmçinin Çələbizadənin mollaları Zizikskinin üsyançılarına dəstəyə çağırması vurğulanmışdır.

1937-ci ilin sentyabrında isə o güllələndi. Lakin sovet hakimiyyəti bu haqda Çələbizadənin həyat yoldaşı Mina xanıma heç bir məlumat vermirdi. Buna baxmayaraq, Mina xanım ümidini itirmirdi və Çələbizadənin harada olması barədə məlumat almaq üçün SSRİ Ali Sovetinin Rəyasət heyətinin sədri K.Voroşilova dəfələrlə yazmışdı. Məktubların birində Mina xanım belə müraciət etmişdi: “18 ildir ki, həyat yoldaşım haqda heç bir məlumatım yoxdur, ölübmü, qalıbmı və onun günahı nədir? Onu nə üçün həbs etmişlər? Ailəmizə kömək etməyi sizdən xahiş edirəm”.

Bu məktubdan sonra məsələnin araşdırılması barədə sərəncam verildi. 19 iyul 1957-ci il tarixində ailəyə çatdırılan arayışa görə Çələbizadə 10 il müddətində həbs cəzasına məhkum edilmiş və cəzasını çəkərkən - 19 avqust 1942-ci ildə vəfat etmişdir. Lakin həmin məlumat doğru deyil. Arxiv materiallarından məlum olur ki, Əhməd Əfəndi Çələbizadə Azərbaycan SSRİ Xalq Daxili İşlər Komissarlığının 26 avqust 1937-ci il tarixli qərarı ilə sentyabrın 1-də saat 2:40-da Bakı şəhərində güllələnmişdir.

6 noyabr 1956-cı ildə Əhməd Əfəndi Çələbizadəyə bəraət verilmişdir.

İstinad edilən mənbələr:


 

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər