top
Qubada ilk muzeyin yaradıcısı: Əhməd Əfəndi Çələbizadə
11 dekabr 2022, 14:00
- +

Qubada ilk muzeyin yaradıcısı: Əhməd Əfəndi Çələbizadə

Əhməd Əfəndi Çələbizadə 1892-ci ildə Qubada, din xadimi və Quba Cümə məscidinin imamı Əbdülrəhim Əfəndinin ailəsində anadan olub. O, Qubada ilk dəfə Tarix-Diyarşünaslıq Muzeyini yaratmışdır.

Əfəndi ibtidai təhsilini atasının dərs dediyi mədrəsədə alıb. Burada o, ərəb və fars dillərini öyrənib. Daha sonra Çələbizadə Tiflisdə Cənubi Qafqazın ruhani məktəbində təhsil alıb.

Çələbizadə 1913-cü ildə Qubaya qayıdıb, burada Cümə məscidində atasının köməkçisi və ruhani kimi fəaliyyət göstərib. Əfəndi bundan əlavə, məscidin yanında yerləşən mədrəsədə müəllimlik edib.

Əhməd Əfəndi 1921-ci (1922) ildə, atasının vəfatından sonra Cümə məscidinin xatibi seçilmişdir. Lakin 1930-cu ildə sovet hakimiyyətinin təzyiqi altında o, könüllü şəkildə mollalıqdan əl çəkdiyini qəzetlərdə elan etmişdir.

Əhməd Əfəndi Çələbizadə 1924-1935-ci illərdə Azərbaycanın tarixi və mədəniyyətinə aid materialları toplayıb, Cümə məscidinin yanında - dərs dediyi mədrəsədə muzey yaratmışdır. Muzeydə saxlanılan eksponatların əksəriyyəti Əhməd Əfəndinin özünə məxsus idi. Həmçinin o, dəyərli əşyaların muzeyə verilməsi məqsədilə idarə və təşkilatlar və ayrı-ayrı şəxslərlə əlaqə saxlamışdır.

Çələbizadə tədqiqatçı-etnoqraf kimi də fəaliyyət göstərib. 1930-cu ildə Əfəndinin təşəbbüsü və Azərbaycanın ilk etnoqraflarından biri Ələsgər Ələkbərovun tövsiyəsi ilə Quba bölgəsinin etnoqrafiyasına aid çöl tədqiqat işləri aparılmışdır.

Əhməd Əfəndi Çələbizadə “Quba rayonunun adət və qaydaları haqqında” əsərinin müəllifidir. Əsər 1935-1937-ci illərdə yazılıb və hazırda Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanılır. Həmin əsər etnoqrafik material olaraq, Azərbaycan xalqının, xüsusən də qubalıların adət-ənənələri, inanclarını əks etdirir.

Çələbizadənin antisovet fəaliyyəti keçmiş hökumətin xoşuna gəlmir və o, 1937-ci ilin avqustunda repressiyaya məruz qalır, həmin ilin 1 sentyabrında isə Bakı şəhərində güllələnir. Nəticədə muzeyin fəaliyyəti dayandırılır, eksponatlar və Əfəndinin əşyaları məhv olunur, kitabları isə yandırılır. 6 noyabr 1956-cı ildə isə Əhməd Əfəndi Çələbizadəyə bəraət verilir.

 İstinad edilən mənbələr:

 Azərbaycan Milli Elmlər Akademiyası. Milli Azərbaycan Tarixi muzeyi. Bakı-2008.

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər