top
Məhv edilən Quba qalasının 3D modeli hazırlanıb
09 avqust 2023, 17:40
- +

Məhv edilən Quba qalasının 3D modeli hazırlanıb

Yer üzündən silinmiş Quba qalasının maketini qurmaq üçün onun haqqında məlumatlar araşdırılıb və toplanılıb. Bu barədə ShimalNews 9 avqust tarixində Qafqaz TV-yə istinadən məlumat verir.

18-ci əsrin əvvəlində Azərbaycanın şimal-şərqində feodal dövlətlərindən biri yaradılmışdır. Onun paytaxtı öncə Xudat, 1747-ci ildən isə Quba şəhəri olmuşdur. O dövrə aid çoxsaylı tarixi abidələr qalsa da, Çar Rusiyası tərəfindən dağıdılmış qaladan bir daş belə qalmayıb.

Tarix üzrə elmlər doktoru professor Məhərrəm Zülfüqarlı deyir ki, bu halı bir tarixçi kimi araşdırmalara başlayıb. Keçən ilin axırlarında Quba qalasının planı və ölçüləri memarlıq üzrə elmlər doktoru professor Şamil Fətullayevin məqaləsində aşkar edilib. O, 1974-cü ildə çap edilib və “Qubanın şəhər inkişafı” adlanır.

“Bu ilin fevralında ilk dəfə Quba qalasının müasir Quba şəhərində harada yerləşdiyini içtimaiyyətlə paylaşdıq, sonra ideya yarandı ki, 200 il yaşı olan, hətta məhəllə və yollarının göstərildiyi ilk plana, xəritəyə əsasən, bunu 3D formatında da paylaşaq”, - deyə həvəskar tarixçi Adil Hüseynzadə deyib.

Arxiv materiallarında Qudyalçayın yuxarı axarı boyunca uzanan şəhərin qala divarlarının hündürlüyü 3-4 sajen, uzunluğu 4 sajen, eni isə 1 sajenə qədər olan bişməmiş kərpicdən hörülməsi və 3 darvazasının olması göstərilib. Şəhərin qala divarları  içində tikililərin Qudyalçaya doğru açılması müşahidə olunurdu. Buradakı Xan sarayı bir tərəfdən çaya, digər tərəfdən isə cümə məscidinin olduğu əsas meydana baxırdı.

Sajen - Çar Rusiyası zamanı işlədilən məsafə ölçü vahididir. Bir sajen 2.13 metrə bərabərdir.

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər