Şimal zonasında, əsasən, Quba və Xaçmazda yük daşınmasını asanlaşdıran çarvadarlıq adlı nəqliyyat forması mövcud olmuşdur. Dəvə vasitəsi ilə həyata keçirilən yük daşınması çarvadarlıq adlanır. Yük daşımaqla məşğul olanlara - çarvadar, onlara başçılıq edənlərə isə çarvadarbaşı deyilirdi.
Abşeron nefti və duzu, Quba və Şəki meyvələri, Şirvan sənətkarlarının əsərləri, həmçinin kənd təsərrüfatı və heyvandarlıq məhsulları qonşu rayonlara çarvadarlıq vasitəsi ilə çatdırılırdı.
Yüklər xüsusi “çuvalax” deyilən çantada və qutularda çatdırılırdı. Çuvalaxda ən çox duz, şəkər, un, taxıl, qutularda isə su, bal, neft daşınırdı.
Çarvadarlıq Quba və Xaçmazla yanaşı, həmçinin Şamaxı və Qəbələdə də yayılmışdı.
İstinad edilən mənbələr: