Qubanın Qrız kəndində dünyaya göz açan Ramazan Mədinov ömrünü tibbə həsr edib. Onun haqqında qısa məlumatı ShimalNews 24 dekabr tarixində izləyicilərinə təqdim edir.
R.Mədinov noyabrın 8-i 1940-cı ildə anadan olub. O, 1970-ci ildə Dövlət Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirdikdən sonra Quba rayonu Rük kənd məntəqəsində baş həkim kimi fəaliyyətə başlayıb. Sonra rayonun Kardioloji Dispanserində şöbə müdiri olub.
1976-cı ildən etibarən doktor Mədinov Xaçmazda fəaliyyətə başlayıb. O, rayon mərkəzi xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim-terapevt, 9 il ərzində Xaçmaz RMX-nin terapiya şöbəsinin müdiri, 1990-cı ildən bu günə kimi həkim-terapevt kimi fəaliyyətini davam etdirir.
Azərbaycan Respublikası Prezidenti 2000-ci ildə Ramazan Mədinovu "Tərəqqi" medalı ilə təltif edib.