Qaçaq Mayılın şəxsiyyətini daha aydın göstərən bir neçə əhvalat mövcuddur. Onlardan birinə Tahir Həsənlinin yazdığı “Yerfililər” kitabında rast gəlmək olar.
Deyilənə görə, Qaçaq Mayılın Qubanın Rustov kəndində bir düşməni olub. Qaçaq Mayıl məqam gözləyirmiş ki, ondan qisas alsın. O, bir gün eşidir ki, düşməni başqa bir kənddən olan qadınla evlənmək istəyir.
Lakin Mayıl o qadın haqqında xoşagəlməz əhvalatlar eşidib. Mayıl düşmənin yanına adam göndərir ki, düşməna desinlər ki, o qadın pis ad çıxarıb, onunla evlənməsin. Həmin zaman Mayılın yaxınları ona belə söyləyirlər: “O ki sənin düşmənindir. Niyə narahat olursan? Qoy rüsvay olsun”.
Mayıl isə hamıya belə cavab verib: “Əgər o qadınla evlənsə, mənim qisasım yerdə qalacaq. Qisas alsam, deyəcəklər Mayıl bir şərəfsizi öldürdü”.
Qaçaq Mayıl 1860-cı illərdə Quba rayonunun Xaşı (digər mənbələrdə Buduq kəndində) anadan olub. O, Azərbaycanın şimal bölgəsindəki qaçaq hərakatının lideri idi. O, 1918-1920-ci illərdə Quba və Şamaxı qəzalarında erməni-daşnak dəstəsi və bolşeviklərə qarşı döyüşüb.
İstinad edilən mənbələr: