top
Mircəfər Bağırovun Üzeyir Hacıbəyova olan münasibəti
28 fevral 2023, 19:30
- +

Mircəfər Bağırovun Üzeyir Hacıbəyova olan münasibəti

Mircəfər Bağırov Üzeyir Hacıbəyovun sənətinə və şəxsiyyətinə ehtiramla yanaşırdı. Bunu sübut edən bəzi faktlar mövcuddur.

Mircəfər Bağırov Üzeyir bəyin “Koroğlu” operasını və “Arşın mal alan” operettasını əzbərdən bilirdi. Özü bu barədə Üzeyir bəyə belə demişdi: “Hər iki operanızı çox sevirəm və əzbərdən bilirəm”. Həmçinin Üzeyir Hacıbəyovun 60 illiyi münasibətilə təltif edilməsi, təntənəli yubileyinin keçirilməsi və onun “Arşın mal alan” operettası əsasında filmin çəkilməsində Mircəfər Bağırovun rolu olmuşdur.

1930-cu illərdə 59 tanınmış ziyalının repressiyaya düşməsi barədə “NKVD”yə təqdim olunan siyahısında  Üzeyir bəyin də adı var idi. Lakin Mircəfər Bağırov bundan xəbər tutaraq, siyahını məhv etmişdir.

1945-ci ilin sentyabrında Bağırov işçiləri ilə birlikdə olan zaman: “Bu gün Üzeyir bəyin anadan olan günüdür, özü də xəstədir, bağındadır. Gedək, onu təbrik eləyək” - demişdi. Onlar evə yaxınlaşan vaxt Üzeyir bəyin həyat yoldaşı Məleykə xanım ona belə səsləndi: “Üzeyir, qonaqlar gəlib”. Üzeyir bəy həyətə çıxdı, əynində xalat olduğuna görə, istədi geri qayıdıb, paltarını dəyişsin. Lakin Bağırov qoymadı. O, cəld yaxınlaşıb, Üzeyir bəyi qucaqlayıb, əlini sıxıb: “Səni ad günün münasibəti ilə təbrik etməyə gəlmişik” - dedi.

Üzeyir Hacıbəyov Mircəfər Bağırova yazdığı məktubunda bu görüşü yada salırdı. Məktubda belə deyilirdi: “Əziz, çox möhtərəm Mir Cəfər! Sizinlə Mərdəkanda məni son dərəcə həyəcanlandıran görüşün unudulmaz təəssüratı altında mənə daimi, ürəkdən gələn diqqətiniz üçün Sizə hədsiz təşəkkürümü ifadə etməyə söz tapmıram…”.

Məktubda Üzeyir Hacıbəyovun səhhətinin ağırlaşması və Mircəfər Bağırovun ona kömək etməsi haqda belə deyilib: “Moskva ətrafında və burada müalicə zamanı Sizin mənə göstərdiyiniz səmimi qayğını hiss edirdim. Sizə sadiq olan Üzeyir Hacıbəyov”. Buna səbəb isə Bağırovun Səhiyyə Nazirliyinə verdiyi göstərişə əsasən, Üzeyir bəyə ciddi nəzarət olunması ilə bağlı konsiliumun keçirilməsi idi.

Buna baxmayaraq, Üzeyir Hacıbəyov 23 noyabr 1948-ci ildə vəfat edib. Mircəfər Bağırov isə onun tabutunu daşıyıb, Üzeyir bəyi son mənzilə yola salmışdır.

[caption id="attachment_37435" align="alignnone" width="896"]Mircəfər Bağırovun Üzeyir Hacıbəyova olan münasibəti  [/caption]

[caption id="attachment_37436" align="alignnone" width="896"]Mircəfər Bağırovun Üzeyir Hacıbəyova olan münasibəti  [/caption]

 İstinad edilən mənbələr:


  • Sadıq Murtuzayev. XX əsrin Mircəfər Bağırov fenomeni. Bakı-2018.

  • Teyyub Qurban. Düşmənlərindən güclü şəxsiyyət. Bakı-2006.

  • Fazil Məmmədov. Mir Cəfər Abbas oğlu Bağırov. Bakı-2007.

  • Manaf Süleymanov. Son bahara çatdıq. Bakı-1996.

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər