Azərbaycanda elə ifadələr var ki, bu gün də istifadə edilsə onun anlamı və yaranma tarixinə baxanda təhqir kimi qəbul etmək olar. Məsəl üçün "Mərəzə yolçusu, yaxud Mərəzə dilənçisi" ifadəsi. Çoxları bu sözü guya orda yaşayan qaraçılara görə yarandığını qeyd edirlər. İddia edirlər ki, guya ərazidə vaxtilə rus malakanlar yaxud qaraçıların bir tayfası yaşayıb və onlar burada yolüstündə diləndikləri üçün belə bir ifadə yaranıb.
Əslində bu ifadə 1918-ci ildə ermənilər tərəfindən yaranıb və qəhrəman Mərəzə caamatını təhqir etmək üçün istifadə edilib. Həmin ilin mart ayında, Şamaxı və Qubada əhalinin soyqırıma məruz qaldığı günlərdə 26 Bakı komissarının rəhbəri və erməni daşnakların başçısı Stepan Şaumyan Mərəzədə bir dəstə adamla gizlənib və qırğınları elə buradan idarə ediblər.
Mərəzə camaatı ermənilərin atlarla tez-tez bura gəlib bir evin qarşısında durduqdan sonra Şamaxıya getdiyini görəndə yığışıb başda Şaumyan olmaqla bütün erməniləri ərazidən qovublar. Balta, yaba, dırmıxdan istifadə edərək silahlı erməniləri qovan mərd mərəzəlilər itki veriblər.
Sonra Quba-Şamaxıdan qayıdan erməni-rus dəstələrinə ağır zərbə vurublar. Erməniləri düz indki Xırdalan ərazisinə qədər qovublar. Bu hadisədən sonra ermənilər "Mərəzəliləri dilənçi, yolçu" deyərək təhqir ediblər ki, onların planlarını burada yerli əhali pozub. Niyə bu ifadəni deyiblər? Ona görə ki, yol boyu onlara ən ağır zərbəni Mərəzə camaatı vurub.
Mərəzə dünyada yeganə yerdir ki, burada 72 müqəddəs dini obyekt var. Hətta kiçik rus-türk müharibəsi zamanı belə ifadə var idi: "Osmanlıya gələn bəla Mərəzəyə getsin!" Bunu ona görə deyirdilər ki, “Mərəzənin 72 övliyası, “Diri Baba”sı var. Bütün dərd-bəlanı məhv edəcək!
1918-ci ildə ermənilər qırğın törədən zaman üç qadın qucağında körpə Diri Baba pirində gizlənib. Ermənilər onları türbənin içərisində tapa bilməyərək geri qayıdıblar. Sonra evlərinə qayıdan qadınlar deyiblər:
"Mözücə oldu. Biz üzbəüz onları görürdük. Ancaq onlar bizi görmürdülər".
Ona görə bəzən elə ifadələr var ki, işlədən zaman onun yaranma tarixini bilmək lazımdır.
Mənbə: visiontv.az