Qusarın Hil kəndində göz açan sənətkar İmaməli İlyasov 1976-cı ildə burada yerləşən mədəniyyət evində “Меl” folklor ansamblı yaradıb.
Shimal.News məlumat verir ki, ansambl ləzgilərin qədim iməcilik adəti olan melin təbliği ilə məşğul idi.
İlk vaxtlarda Lenin adına sovxozun fəhlələrindən, məktəblilərdən və mədəniyyət evinin işçilərindən təşkil olunan “Mel”in 1-ci konserti 1978-ci ildə keçirilib.
Kollektiv 1979-cu ildə respublika festivalında 3-cü yerə, 1980-ci ildə Respublika Mədəniyyət Nazirliyinin keçici “Qırmızı bayrağ”ına və pul mükafatına layiq görülüb. Daha sonra 1987-ci ildə II Respublika festivalının laureatı olub. Həmin il ansambla “Xalq kollektivi” adı verilib. 2019-cu ildə kollektiv respublika baxışında 2-ci yer tutub. Ansambl 2021-ci ildə Şuşada keçirilən Xarıbülbül festivalında iştirak edib.
“Mel”in repertuarında “Pərizada”, “Alagözlü”, “Zöhrəxanım”, “Gam xrazvay ruş”, “Aşuqdinni ruşan mani”, “Hilividin ruş” kimi mahnılar, “Kaxva”, “Məhərrəmxür”, “Lezgid ruş”, “Sa ripe qül” kimi oyun havaları olub.
View this post on Instagram