top
“Ləzgi dilinin muzeyi”: Qusarın Yuxarı Tahircal kəndi
01 iyun 2023, 20:00
- +

“Ləzgi dilinin muzeyi”: Qusarın Yuxarı Tahircal kəndi

Yuxarı Tahircal kəndi Qusar rayonunda, Zuxul çayının yanında, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə, Şahdağın ətəyində, Qusar maili düzənliyidə yerləşir.

Arxeoloqların fikrincə, burada yaşayış yerinin yaranması e.ə. III-II minilliklərə təsadüf edir. Yaşayış məntəqəsinin adı əvvəllər “Tahircal” olmuşdur. XIX əsrdə isə ondan bir neçə kənd yaranmışdır, onlardan biri “Yuxarı Tahircal” kəndi olmuşdur. Əksər tədqiqatçılar kəndin adını “Tahir” adlı şəxsin adı ilə əlaqələndirirlər. Oykonimin “cal” komponenti ləzgicə “yamac” (“Tahirin yamacı”) kimi izah edilir.

Yazıçı Sədaqət Kərimovanın “Qusar, qusarlılar” adlı kitabında kəndin müxtəlif sənətkarlar tərəfindən “ləzgi dilinin muzeyi” adlanması qeyd olunub. Buna səbəb isə kənddə yerli sakinlərin danışığında lüğətlərə düşməmiş yüzlərlə sözlərə rast gəlinməsidir.

Yuxarı Tahircal kəndi qədim qəbiristanlıqlarla əhatə olunub. Burada üstündə alban və ərəb yazıları olan qəbirlər var. Kənddə XX əsrin sonlarında baş vermiş torpaq sürüşməsi nəticəsində buradakı qədim qəbiristanlığın bir hissəsi çaya tərəf çəkilmiş və üçmərtəbəli yeraltı qəbiristanlıq üzə çıxmışdır.

Kəndə hücum çəkmiş Teymurləngin, qaraqoyunluların, ağqoyunluların, Nadir şahın qoşunları yerli əhaliyə böyük zülmlər ediblər. İşğalçılardan müdafiə olunmaq üçün adamlar qədim zamanlardan evlərini bir-birinin yanında tikirdilər. Evlərin damında həyətə çıxmaq üçün gizli yol olurdu.

Burada yerləşən, hələ də yerli sakinlər tərəfindən istifadə olunan 1813-cü ildə inşa olunan “Razi” yolu beş il ərzində çəkilmişdir. Bu yolun çəkilməsinə Qarçuğ adlı şəxs rəhbərlik etmişdir. Yol çəkilib qurtardıqda ləzgilərin Cənubi Dağıstan Küre xanlığının başçısı burada çoxlu heyvan kəsdirib, camaata ehsan paylamışdır.

Əvvəllər burada məscidlərin nəzdində məktəblər olmuşdur. Orta əsrlərdə həmin məktəblərdə dərslər ləzgi və ərəb dillərində keçirilirdi. İlk dünyəvi məktəb burada 1911-1913-cü illərdə fəaliyyətə başlayır, orta məktəb isə 1938-ci ildə inşa edilir

2007-ci ildə Rusiyanın “Vokruq Sveta” jurnalında Yuxarı Tahircal kəndi haqqında məqalə çap edilib.

1885-ci ildə kəndin əhalisi 3926 nəfər təşkil edib, 2009-cü ilin rəsmi məlumatına əsasən, kənddə 449 nəfər yaşayıb.

İstinad edilən mənbələr:


  • Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.

  • Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı-2007.

  • Nazim Tapdıqoğlu (Vəlişov). Qusar ensiklopediyası. Bakı-2018.

  • Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. Bakı-2010.

  • Свод статистических данных о населении Закавказского края, извлечённых из посемейных списков 1886 года. Тифлис-1893.

  • https://www.vokrugsveta.ru/vs/article/2480/

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər