1982-ci ildə İsmayıllı sakini ev inşa etmək üçün Girdiman çayı ətrafında daş yığarkən meteorit aşkar edib. Sakin tapıntını İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verib.
Daşın tarixi məlum olmasa da, onun təhlükəsiz meteorit olması mütəxəssislər tərəfindən təsdiq olunub. Tapıntının meteorit olmasının təsdiqlənməsi onun tərkibində müxtəlif metalların olması, kiçik həcminə rəğmən asanlıqla qaldırılmayacaq qədər ağırlığı və onun digər daşlardan həm görünüşünə, həm də çəkisinə görə xeyli fərqlənməsi, daşın üstündə müxtəlif rənglərdə ləkələrin mövcudluğu nəticəsində olub.
Meteorit hazırda İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır.
İstinad edilən mənbələr: