Kələzeyvə türbəsi İsmayıllı rayonunun Kələzeyvə kəndində yerləşir. Türbənin inşa tarixi XIX əsrin əvvələrinə aiddir. Məqbərə Şamaxı xanı Mustafanın ailə üzvlərinin məzarı üzərində inşa olunub. Türbə Şirvan memarlığının nümunələrindən sayılır.
Tikili səkkizguşəli formadadır və Şamaxı şəhərində yerləşən Yeddigümbəz türbələr kompleksindəki abidələrə bənzəyir. Türbənin üzərində kitabə mövcuddur.
Kələzeyvə türbəsi yerli əhəmiyyətli tarixi abidə hesab olunur və dövlət tərəfindən qorunur. Hazırda abidə qəzalı vəziyyətdədir.
İstinad edilən mənbələr: