top
İsmayıllı: Sahibkar kəlağayı biznesindən danışıb
20 avqust 2024, 20:30
- +

İsmayıllı: Sahibkar kəlağayı biznesindən danışıb

İsmayıllı rayonunun Qarakolluq kəndində anadan olan Tərlan Mirzəliyev uzun illər Azərbaycan kəlağayısının istehsalı və təbliği üzrə fəaliyyət göstərib. Bu haqda ShimalNews 20 avqust tarixində "Respublika"ya istinadən xəbər verir.

Hazırda doğma kəndində fəaliyyətini davam etdirən sahibkar 40 ilə yaxın Türkmənistanda yaşayıb və bu sənətə öz dəyərli töhfəsini verməyə çalışıb. O bildirib ki, xaricdə fabrik açaraq Azərbaycan kəlağayılarının istehsalı ilə məşğul olub. Həmin müəssisədə 300 işçi olub və istehsal ilbəil artırdı.
“Xəstəliyimlə əlaqədar vətənə qayıtmalı oldum. Bundan sonra fabriki burada qurmaq qərarına gəldim. Beləliklə, Basqalda fabrik aldım və dövlətin dəstəyi sayəsində istehsala başladım. Cənab Prezidentin Sərəncamına uyğun olaraq hazırda orada iş gedir və 100-dən çox insan işlə təmin olunacaq. Fabrikdə kəlağayı istehsalı ilə yanaşı, misgərlik, xalçaçılıq, dulusçuluq, muzey və bir çox oyma işləri də olacaq”, - deyə Tərlan Mirzəliyev bildirib.İndi müvəqqəti olaraq Basqal kəlağayı fabriki kənddə yerləşir. Onun istehsal prosesi ilə əyani tanışlıq vaxtı sahibkar bildirib ki, ilk anlardan dövlətdən sifarişlər gəlmişdir. Artıq yerli bazarla yanaşı, Türkiyə, Rusiya, Malayziya, Qazaxıstan, Özbəkistan, İran, Türkmənistan və digər ölkələrə də məhsulumuzu satırıq.

İstifadə etdilən xammala gəldikdə isə o, tam olaraq yerli məhsuldur. Hazırda Şəkidən ancaq ipəyin sapı alınır. Təbii rəngləri almaq üçün otlar, ağaclar və güllər qazanlarda qaynadılır. Qəliblər hər ustanın öz fantaziyası ilə qoz ağacından düzəldilir.
Sahibkar bildirdi ki, bizim fabrik Azərbaycanda ikincidir. O, bəzi sahələr kimi, kəlağayı istehsalının da vergidən azad olmasını istəyir. Çünki bu güzəşt kəlağayı istehsalını xeyli inkişaf etdirər:

“Təkcə onu demək istərdim ki, bir kəlağayının istehsalında 17 proses tələb olunur. Bu mənada dövlət dəstəyinin artırılması çox yaxşı olar. Yaxın gələcəkdə Basqalda bu sahənin inkişafı üçün 300-dən çox yeni iş yeri açılacaq. Çünki bunu evdar qadınlar da bacarırlar. Əvvəllər evlərdə də dəzgah olurdu. Biz Basqal qəsəbəsində birini qurmuşuq, parça toxuyuruq. İndi biz evlərə 100-ə qədər dəzgah qoyub ipəklə də təmin edə bilərik”.

İsmayıllı: Sahibkar kəlağayı biznesindən danışıb

Son xəbərlər

Kommunal
Bu gün, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Bu gün, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Bu gün, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Bu gün, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Bu gün, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Bu gün, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Bu gün, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Bu gün, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Bu gün, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Bu gün, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Bu gün, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Bu gün, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Bu gün, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Bu gün, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Bu gün, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
Dünən, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
Dünən, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
Dünən, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
Dünən, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
Dünən, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
Dünən, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
Dünən, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
Dünən, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
Dünən, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər