Gənzə kəndi İsmayıllı rayonunda, Girdiman çayının sahilində yerləşir.
Yaşayış məntəqəsi öz adını yaxınlıqdakı eyniadlı dağdan almışdır. Kəndin adı Gəncə toponimi ilə identik olduğundan, “Gənzə” sözünü bəzən ərəb dilindəki “xazna”, yəni “xəzinə” sözü ilə də əlaqələndirirlər. Həmçinin kəndin adını türk mənşəli “gəncək” tayfasının adı ilə də əlaqələndirənlər olub. Həmin tayfa saklar arasında mövcud idi.
Gənzə kəndinin ərazisində I əsrə aid olan qədim qəbiristanlıq mövcuddur.
1886-cı ildə Gənzə kəndində 120 nəfər yaşayıb. 2009-cu ilin rəsmi məlumatına əsasən, kəndin əhalisi 3 nəfər təşkil edib. Həmçinin 2022-ci ilin məlumatına əsasən, burada 3 nəfərdən ibarət bir ailə yaşayır.
İstinad edilən mənbələr: