top
Azərbaycanın “Qafqaz Yerusəlimi”: Qubanın Qırmızı qəsəbəsi
02 oktyabr 2022, 15:00
- +

Azərbaycanın “Qafqaz Yerusəlimi”: Qubanın Qırmızı qəsəbəsi

Qırmızı qəsəbə Qubada, Qudyalçayın sol sahilində yerləşir. Bu qəsəbə postsovet məkanında (digər mənbələrdə - dünyada) dağ yəhudilərinin kompakt yaşadığı yeganə yerdir. Qırmızı qəsəbəyə bəzən “Kiçik İsrail” və yaxud “Qafqaz Yerusəlimi” də deyirlər.

Qəsəbənin salınma tarixi XVII əsrin sonu XVIII əsrin əvvəllərinə aiddir. Bu qəsəbənin salınması dağ yəhudilərinin məskənlərinin Nadir şahın ordusu tərəfindən dağılması və icma üçün yeni bir yer axtarılması ilə bağlıdır. Sonralar dağ yəhudiləri qırğınlardan və quldurlardan müdafiə üçün qubalı Fətəli xanın atası Hüseynəli xana üz tuturlar. Hüseynəli xan yəhudilərə burada torpaq ayıraraq onların təhlükəsizliyinə zəmanət verib.

Onların Qubaya kütləvi köçməsi isə XIX əsrin birinci yarısında baş verdi. “Yəhudi Qəsəbəsi” 1926-cı ildən (digər mənbələrdə 1933-cü ildən) “Qırmızı Qəsəbə” adlandırılmışdır. Hazırda Qırmızı Qəsəbə, demək olar ki, yalnız dağ yəhudilərindən ibarətdir.

İnqilabdan əvvəl qəsəbənin əhalisi, əsasən, xırda alver, sənətkarlıq, kəndlərdə biçinçilik və başqa kənd təsərrüfatı işləri ilə məşğul olurdular. Onların ənənəvi məşğuliyyəti isə əkinçilik, xırda ticarət, toxuculuq və sənətkarlıq olmuşdur.

1887-ci ildə burada yayılan tif xəstəliyi bir çox insanların ölümünə səbəb oldu.

1894-cü ildə Qubanın mərkəzini Qırmızı qəsəbə ilə birləşdirən tağlı Qudyalçay körpüsü salındı. Həmin körpü Rusiya İmperatoru III Aleksandrın əmri ilə inşa olunmuşdur.

1917-ci ilə qədər burada 13 sinaqoq fəaliyyət göstərib.

1832-ci ildə əhalinin sayı 2671 nəfər olmuşdur. 1989-cu il ümumittifaq əhali siyahıyaalınmasına görə, burada 4524 nəfər yaşayırdı. 2009-cu ilin rəsmi məlumatına əsasən, Qırmızı Qəsəbənin əhalisi 3252 nəfər təşkil edib.

[caption id="attachment_28504" align="alignnone" width="640"]Azərbaycanın “Qafqaz Yerusəlimi”: Qubanın Qırmızı qəsəbəsi Photo Shimal.News[/caption]

İstinad edilən mənbələr:


 

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər