top
Azərbaycanda molokanların məskəni olan İsmayıllının İvanovka kəndinin tarixindən
23 sentyabr 2023, 19:00
- +

Azərbaycanda molokanların məskəni olan İsmayıllının İvanovka kəndinin tarixindən

İvanovka İsmayıllı rayonunda, Göyçay və Dəvəbatan çayları arasında, dəniz səviyyəsindən 500-800 metr yüksəklikdə yerləşir. İvanovka kəndinin bünövrəsi 1840-cı illərdə molokanlar (xristianlığın pravoslav qolunun sektalarından biri) tərəfindən qoyulub. Kənd Azərbaycan ərazisində molokan kəndlərindən ən qədim və ən böyük kəndlərdən biridir.

Buraya ruslar, əsasən, Rusiyanın indiki Tambov, Voronej, Kuban bölgələrindən köçüblər. Köçkünlər XVII-ci əsrin sonu - XVIII-ci əsrin ortalarında yaranmış dini təriqətlərdən (molokanlar, duxoborlar, baptistlər, subotniklər və digərləri) ibarət idi. Buna səbəb həmin zaman onların çar Rusiyası tərəfindən təqib olunması idi. Bu tədbirlər Rusiya imperiyası tərəfindən üsyankar əhalidən qurtulmaq və onları yeni torpaqlarda yerləşdirib, həmin torpaqları işğal etmək üçün nəzərdə tutulmuşdur.

1834-cü ildə İvan Perşin adlı şəxs və onun başçılıq etdiyi 11 ailə ilk dəfə indiki İsmayıllı rayonuna köçdülər. Onlar əvvəlcə indiki İsmayıllı rayonunun Topçu kəndinin yaxınlığında, Ax-ox çayının sahilində yaşamağa başladılar. 1847-ci ildə İvan Perşin İvanovkanın yerinə gəlib, burada kənd salıb. Buna görə kənd İvan Perşinin adını daşıyır. Həmin zaman burada yaşayış və su yox idi, yalnız meşələr mövcud idi. Molokanlar bu yerə köçüb, taxtadan evlər tikməyə başladılar. Onlar su ehtiyatlarını göldən və yağış sularından yığaraq təmin edirdilər.

Molokanlar kilsəni inkar etdiyinə görə kənddə kilsə yoxdur. Onların birgə ibadət etmək üçün xüsusi evi var. Həmin evə turistlər buraxılmırlar. Həmçinin İvanovka burada yerləşən Mədəniyyət Evi ilə də tanınır.

1936-cı ildə İvanovkada kolxoz fəaliyyətə başlayıb. Həmin kolxoz sovet dövrünün bitməsinə baxmayaraq, hələ də fəaliyyət göstərir. Hazırda İvanovkada üç təkərli motosikletlər ən işlənilən nəqliyyat növüdür. Motosikletlər kolxozda mühüm nəqliyyat vasitəsi hesab olunur.

1915-ci ilin məlumatına görə, kənddə 1948 nəfər yaşayıb. 1970-ci ildə kəndin əhalisi 3694 nəfərə çatıb. 2009-cu ilin rəsmi məlumatına əsasən isə kəndin əhalisi 2797 nəfər təşkil edib.

İstinad edilən mənbələr:

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər