Qusar rayon qəzetinin 1932-ci ildən nəşr olunması bu zaman Qusarda mətbəənin yaranması ilə bağlıdır.
Qəzet ilk dəfə “Sosializm tempi” adı ilə Hil Rayon Komitəsinin və Rayon İcraiyyə Komitəsinin orqanı kimi fəaliyyətə başlamışdır. Həftəlik qəzet Azərbaycan və ləzgi dillərində latın qrafikası ilə çap edilib. Qəzetin nəşrində linotip adlı poliqrafiya maşını istifadə olunurdu.
Azərbaycanın “Kommunist” qəzetinin 9 oktyabr 1932-ci il tarixli sayında bununla bağlı belə bir qeyd var: “Ləzginka rəqsi, çərkəzi paltarı və xəncəri ilə məşhur olan ləzgi xalqı ana dilində ədəbiyyata, mətbuata malikdir. Bunu bir az bundan əvvəl Hil rayon firqə və icraiyyə komitələrinin orqanı olan “Sosializm tempi” qəzetinin buraxılması sübut edir”.
Qəzetin yarandığı gündən qəzetə Nurəddin Şərifov, daha sonra isə İlyas İlyasov, İbrahim Məcidov, Qaçabəy Nağıyev, Ənvər Şahvələdov, Əli Səlimov, Həmid Əliyev, Səlim xan Əzizov, Nüsrət Mustafayev, Bahadur Qaçaboyov rəhbərlik etmişlər.
Bir müddət qəzet “Qızıl Qusar” adı ilə çap olunub, 1992-ci ildən bu günə kimi isə qəzet “Qusar” adı altında nəşrini davam etdirir.
Qəzet Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı və bir sıra mükafat və fəxri fərmanlara layiq görülüb.
İstinad edilən mənbələr: