Yaşı 500-ü keçən, “Pir Çinar” adlanan çinar ağacı İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşir.
Ağac 1563-cü ildə Şeyx Məhəmmədin oğlu Şeyx Səfayi tərəfindən əkilib. Bu barədə Çinar ağacına aid kitabədə ərəb dilində belə yazı həkk olunub: “970-ci il (1563) tarixində əl-Fəqir Şeyx Səfayi Şeyx Məhəmməd oğlu çinar ağacını əkdi”. Bu, dünyada kitabəsi olan yeganə tarixi çinar ağacıdır.
Ağac nəhəng gövdəlidir. Ağacın diametri 4 metrdir. Kitabənin kənarı sadə formada işlənib.
Sakinlərin dediyinə görə, ağacın yaxınlığında müxtəlif vaxtlarda çayxana, bərbərxana fəaliyyət göstərib.
İstinad edilən mənbələr: