İsmayıllı rayon Tarix - Diyarşünaslıq Muzeyi İsmayıllı şəhərinin Babək küçəsində yerləşir. Muzey 1981-ci ilin aprel ayında ilk ziyarətçilərini qəbul etməyə başladı.
Muzey iki ekspozisiya-sərgi zalı, bir akt zalı, foye və bir neçə digər otaqlardan ibarətdir.
Burada eramızdan əvvəl III-I əsrlərə aid gil, tunc və dəmirdən əşyalar, XVIII-XX əsrlərə aid geyim və məişət əşyaları, zərgərlik məmulatları, dulusçuluq, misgərlik, xalq tətbiqi sənəti, silahlar, toxuculuq sahələrinə aid arxeoloji nümunələr saxlanılır.
İsmayıllı rayonu Antik dövr, Qafqaz Albaniyası və orta əsrlərə aid abidələrlə zəngindir. Buna görə muzeydə bu dövrlərə aid əks olunan mühazirələr oxunur və ekskursiyalar aparılır.
2002-ci ildən başlayaraq burada hər il ənənəvi olaraq “Muzeylər gecəsi” aksiyası çərçivəsində Beynəlxalq Muzeylər Günü münasibətilə “açıq qapı” günü keçirilir.
İstinad edilən mənbələr: