Hilli Yarəli 1802-ci ildə indiki Qusar rayonunun Hil kəndində anadan olub.
Yarəli 1837-ci ildə Xuluqlu Hacı Məhəmmədlə birgə Quba üsyanına rəhbərlik edib, rus qoşunları ilə döyüşlərdə qəhrəmanlıq göstərib, 200-dən artıq kazakı əsir alıb. Həmin ildə o, rusların müdafiəsini yarıb, Quba şəhərinə daxil olub, 1838-ci ildə general Fezenin qoşunlarına qarşı döyüşüb.
O, 1839-cu ilin payızında sonuncu dəfə ruslarla döyüşmüşdür. Üsyan yatırıldıqdan sonra da Yarəli silahı yerə qoymamış, mübarizəni bir müddət Qubanın Cek kəndində gizli şəkildə aparmışdır.
Yarəlinin qəhrəmanlığı rus generallarını da heyrətə gətirmişdi. Onlar Yarəlini “son dərəcə üsyankar ruhlu insan” adlandırmışdılar. General-mayor Reutt 1837-ci ilin payızında Qafqaz canişininə göndərdiyi məlumatda belə yazmışdı: “...Bu hilli qartal öz ovuna divan tutduğu kimi, bizim qoşunlarımıza zərər yetirir. Cəsur, hərbi işlərdən yaxşı baş çıxaran Yarəlini ələ keçirmək üçün pul mükafatları da təyin etmişik, lakin onu tutmaq mümkün olmamışdır.”
Ehtimal edilir ki, hilli Yarəli 1869-cu ildə vəfat edib. O, Xaçmaz rayonundakı Pirqazi adlı yerdə dəfn olunub.
İstinad edilən mənbələr: