top
15 yaşında məktəb direktoru kimi çalışan yazıçı Qılman İlkinin Xaçmaz haqqında xatirələri
13 noyabr 2022, 14:30
- +

15 yaşında məktəb direktoru kimi çalışan yazıçı Qılman İlkinin Xaçmaz haqqında xatirələri

Xalq yazıçısı və Əməkdar incəsənət xadimi Qılman İlkin bir müddət Xaçmazda yaşayıb, çalışıb. Onun Xaçmazla bağlı bir neçə xatirəsi var.

Qılman İlkin 1931-ci ildə texnikumu bitirməli idi, lakin bir il tez buraxıldı. Onun 15 yaşı var idi. O zamanlar Azərbaycan rayonlarında müəllimlərə böyük ehtiyac var idi və yazıçı Əhmədoba kənd məktəbinə təyin edildi.

Yazıçı Əhmədobada çalışdığı kənd məktəbini belə təsvir edib: “Məktəb binasını tövlədən düzəltmişdilər. Bütün sinif şagirdləri bir otaqda otururdu. Bir cərgədə birincilər, o birində ikincilər...”.

Qılman İlkin Xaçmazda çalışan zaman qızları məktəbə cəlb etdiyi üçün ölümlə təhdid edilirdi. Onun xatirələrindən: “Xaçmazda işləmək çox qorxuluydu. Rayon ətrafındakı meşəliklərdə çoxlu qolçomaqlar vardı. Ona görə də kənd sovetinin sədri məni yanında saxlayırdı. Deyirdi ki, qolçomaqlar səni öldürər…Bir gün maarif nazirinin çağırışı ilə şəhərə getdim. Qayıdanda gördüm ki, kənd matəm içərisindədi. Demə, qaçaqlar kənd sovetinin sədrini gecəykən yatdığı yerdə öldürüblər. Allah məni ölümdən qurtarıb. Bir il belə mühitdə müəllim işlədim. Sonra şəhərə qayıtdım...”.

Yazıçının sevgi hekayəsi isə belə olub: “Sevgiyə bənzər hissi Xaçmazda yaşadım. Bir şagirdim mənə vurulmuşdu. Gözəl qız idi. Dördüncü sinifdə oxumalıydı, amma birincilərlə otururdu. Hiss eləyirdim ki, dərsboyu əlini çənəsinə qoyub mənə tamaşa edir. Onda mənim 15 yaşım vardı. Sonra dayısı nəsə hiss eləyib onu məktəbdən çıxartdı. Arada yenə qaçıb gəldi. Mənim Bakıya qayıdacağımı biləndə elə ağlamışdı ki... Sonralar arxamca Bakıya da gəlib. Amma məni tapa bilməyib”.

Yazıçı Qılman İlkin kimi tanınan Qılman İsabala oğlu Musayev 28 aprel 1914-cü ildə Bakının Mərdəkan kəndində anadan olub. O, “Qalada üsyan”, “Şimal küləyi”, “Hədiyyə” , “Dağlı məhəlləsi”, “Dəniz qapısı”, “Madam Qədri”, “Bakı və bakılılar” əsərlərinin müəllifidir. Qılman İlkin 6 noyabr 2009-cu ildə Bakıda vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.

İstinad edilən mənbələr:

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər