top
Xanəndə Mələkxanım Eyubovanın doğum günüdür
05 noyabr 2025, 16:27
- +

Xanəndə Mələkxanım Eyubovanın doğum günüdür

Bu gün Azərbaycanın xalq artisti, tanınmış xanəndə və muğam ifaçısı Mələkxanım Yadigar qızı Eyubovanın doğum günüdür. O, 5 noyabr 1962-ci ildə Şamaxı şəhərində anadan olub.

Mələkxanım Eyubova 1969–1979-cu illərdə Bakıda yerləşən 155 saylı orta məktəbdə təhsil alıb. Eyni zamanda qarmon ixtisası üzrə beşillik musiqi məktəbini bitirib. Erkən yaşlarından musiqiyə maraq göstərən Mələkxanım, bəstəkar Əfrasiyab Cavanşirovun rəhbərlik etdiyi uşaq xorunun solisti olub.

1979–1984-cü illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin “Musiqili komediya aktyorluğu” fakültəsində təhsil alıb. O, 1980–1985-ci illərdə “İrs” folklor ansamblının, daha sonra isə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin nəzdində fəaliyyət göstərən Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin solisti kimi fəaliyyət göstərib. Bununla yanaşı, C. Qaryağdıoğlu adına muğam üçlüyündə çıxış edib.

Xanəndə dünyanın bir çox ölkələrində – ABŞ, Almaniya, Fransa, Türkiyə, Avstraliya, Rumıniya, Belçika, Rusiya və digər ölkələrdə konsert proqramları ilə çıxış edib. 1995-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli obrazını ifa edib.

Mələkxanım Eyubova artıq 10 ildən çoxdur ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğam ixtisası üzrə professor kimi fəaliyyət göstərir. Onun sənətdəki xidmətləri yüksək qiymətləndirilib — 1998-ci ildə “Əməkdar artist”, 2002-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

Sənətkarın Almaniya, Fransa və Türkiyədə muğam albomları buraxılıb. O, Heydər Əliyev Fondunun mükafatçısıdır, 2016-cı ildə Cəfər Cabbarlı mükafatı, 2017-ci ildə isə Prezident Mükafatı ilə təltif edilib.

3 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Prezidentin fəxri diplomu ilə təltif olunub.

Shimal.News redaksiyası xalq artisti Mələkxanım Eyubovanı doğum günü münasibətilə təbrik edir, sənətkarımıza möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayır.

 

Son xəbərlər

Kommunal
Bu gün, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Bu gün, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Bu gün, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Bu gün, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Bu gün, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Bu gün, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Bu gün, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Bu gün, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Bu gün, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Bu gün, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Bu gün, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Bu gün, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Bu gün, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Bu gün, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Bu gün, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
Dünən, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
Dünən, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
Dünən, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
Dünən, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
Dünən, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
Dünən, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
Dünən, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
Dünən, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
Dünən, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər