Bu gün şəhid Vüsal Orucovun anım günüdür.
Shimal.News xəbər verir ki, Vüsal Xeyirbala oğlu Orucov 2005-ci il fevral ayının 15-də Qusar rayonu Suvacal kəndində dünyaya gəlib. Orta təhsilini Suvacal kənd orta məktəbində alıb. Ailədə 3 bacı, 3 qardaş olublar.
O, 11 aprel 2023-cü ildə hərbi xidmətə yollanıb. Sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb.
Nəticədə hərbi qulluqçumuz Vüsal Orucov şəhid olub. Qeyd edək ki, Vüsal Suvacal kəndinin ilk şəhidi kimi tarixə düşüb.