top
Qubada xalça məktəbi banisinin 119 illiyidir
17 noyabr 2025, 12:47
- +

Qubada xalça məktəbi banisinin 119 illiyidir

Onun təşəbbüsü ilə Qubada xalça məktəbi açılıb. Bu gün - noyabrın 17-si xalçaçı-rəssamı, xalçaşünas, Xalq rəssamı Lətif Kərimovun doğum günüdür.

Lətif Kərimov 1906-cı ildə Şuşa şəhərində dünyaya göz açıb. Onların nəsli - bütün Allahverənlər tayfası toxuduqları bənzərsiz xalçaları ilə Qarabağ mahalında məşhur olmuşdu.

1912-ci ildə onların ailəsi İranın Məşhəd şəhərinə köçüb. Xalça sənətinə olan məhəbbət Lətifi məşhur xalçaçı Mirzə Ələkbər Hüseynzadənin şəhərdəki emalatxanasına gətirib çıxarmışdı. Gənc Lətif Təbriz, Ərdəbil kimi məşhur xalça mərkəzlərini gəzib, hər sənətkardan, hər toxucudan bir təkrarsız ilmə vurmaq, bir naxış salmaq öyrənib, bu sahəyə böyük maraq göstərirdi. Bir müddət sonra Allahverənlər geriyə - vətənə dönmüşlər.

L.Kərimov 1930-cu ildən xalça sənəti mütəxəssisi kimi "Azərbaycanxalça" birliyində rəssam-təlimatçı vəzifəsində çalışmağa başlamışdı. İlk dəfə olaraq məhz onun təşəbbüsü ilə Bakıda və Qubada xalça məktəbləri açılmışdır. Sənətinin bilicisi olan Lətif Kərimov təkcə xalçaçılıq sahəsində deyil, dekorativ tətbiqi sənətin başqa sahələrində də çalışıb, uğurlar qazanırdı.

Böyük əziyyətlərə qatlaşan sənətkar əsrlərin dərinliklərindən üzü bəri Azərbaycan xalçalarının növlərinə aid müxtəlif kompozisiya və naxışları toplamışdr, beləliklə, Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz və Borçalı xalça qruplarına daxil olan 150-dən artıq xovlu və xovsuz xalça məmulatı çeşidlərinin rəngli reproduksiyasını hazırlamışdır. Onun bu tədqiqat əsərləri Azərbaycanın xalça sənətinin tarixinə qızıl hərflərlə yazılıb.

Lətif Kərimovun eskizləri əsasında və rəhbərliyi ilə "Əfşan" (1931, 1957), "Qonaqkənd" (1939), "Ləçəkturunc" (1952, 1982), "Şuşa" (1953), "Göygöl" (1958), "Qarabağ" (1960), "İslimi" (1964), "Butalı" (1965), "Bahar" (1967, 1977), "Ağaclı" (1974) "Şəbi-hicran" (1975) və onlarca başqa süjetli xalçalar toxunmuşdur.

1991-ci il sentyabrın 8-də vəfat edən dəyərli alim Lətif Kərimov 1-ci Fəxri Xiyabanda dəfn olunub.

Son xəbərlər

Kommunal
Bu gün, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Bu gün, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Bu gün, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Bu gün, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Bu gün, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Bu gün, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Bu gün, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Bu gün, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Bu gün, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Bu gün, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Bu gün, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Bu gün, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Bu gün, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Bu gün, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Bu gün, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
Dünən, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
Dünən, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
Dünən, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
Dünən, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
Dünən, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
Dünən, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
Dünən, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
Dünən, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
Dünən, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər