1931-ci ilin 24 noyabr tarixində Azərbaycanın şimal-mərkəz hissəsində yerləşən İsmayıllı rayonu təşkil olunub. Bu münasibətlə Shimal.News 24 noyabr tarixində əziz İsmayıllını və onun sakinlərini səmimi qəlbdən təbrik edir!
Bundan öncə isə onun ərazisinin böyük bir hissəsi Göyçay qəzasının, bir hissəsi Şamaxı qəzasının, kiçik bir hissəsi isə Şəki qəzasının tərkibində olub.
İlk vaxtlar rayonun inzibati mərkəzi Basqal kəndində olub, qısa müddətdən sonra İsmayıllı kəndinə köçürülüb. Bundan sonra 1959-cu ilə qədər kənd, 1967-ci ilə qədər şəhər tipli qəsəbə, sonra isə şəhər adını alıb. Hazırda böyüklüyünə görə respublikada rayonlar arasında 5-ci yeri tutur.
Burada olan tarixi abidələr, zəngin sənətkarlıq nümunələri, tapılan çoxsaylı maddi-mədəni nümunələr İsmayıllının qədim yaşayış məskənlərindən biri olduğunu sübut edir.