Noyabrın 20-si Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən birinin ildönümüdür.
Shimal.News xatırladır ki, 34 il bundan əvvəl – 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Mİ-8 N72 hərbi vertolyotu erməni hərbi dəstələri tərəfindən vurulub və 22 nəfər həlak olub.
Əvvəlcə rəsmi olaraq vertolyotun dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gündən sonra onun vurulması faktı təsdiqlənib.
Üstündən 33 il keçməsinə baxmayaraq, indiyədək hadisənin üstü tam açılmayıb. Artıq Qarakənd düşmən tapdağından azad edilib və Müzəffər Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonunda Azərbaycan Bayrağını ucaldıb.
Hərbi vertolyotda həlak olanlar:
Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi;
İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror;
Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri;
Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini;
Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili;
Vəli Hüsyn oğlu Məmmədov – millət vəkili;
Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri;
Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini;
İqor Aleksandiroviç Plaviski – DQMB-nin prokuroru;
Vladimir Vladimiroviç Kovalyov – DQMB-nin Daxili İşlər İdarəsinin rəisi;
Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi;
Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı;
Sanlal Dasumoviç Serikov – Qazaxıstan daxili işlər nazirinin müavini;
Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru;
Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant;
Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi;
Alı Mustafa oğlu Mustafayev – telejurnalist;
Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı;
Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator;
Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri;
Gennadi Vladimiroviç Domov – vertolyot heyətinin üzvü;
Dmitri Borisoviç Yarovenko –vertolyot heyətinin üzvü.