Xaçmazda “Məhsul və ya xidmətin maya dəyərinin hesablanması. Kompleks maya dəyəri” mövzusunda təlim keçirilib. Bu haqda ShimalNews 20 noyabr tarixində məlumat verir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən təşkil olunan görüşdə məhsulun kompleks maya dəyəri, xidmətin və ya məhsulun maya dəyərinin hesablanması, tədarük xərcləri ilə bağlı məlumat verilib.
Təlimdə, həmçinin sabit gəlir, xərclərin hesablanması, faktiki maya dəyəri, aylıq satış, istehsal və tədarük, gəlir və xərc planlarının əhəmiyyəti barədə danışılıb. Görüşə 7 iştirakçı qatılıb.