Qusar rayonunda intihar hadisəsi qeydə alınıb. Bu haqda ShimalNews 20 noyabr tarixində xəbər verir.

Məlumata görə, 32 yaşlı Raiq Muradov asılı vəziyyətdə tapılıb. İlkin olaraq, həmin şəxsin özünün həyatına son qoyduğu bildirilib.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.