İkinci “İdman festivalı” Quba şəhərində 5-ci gündür davam edir. Bu haqda ShimalNews 20 noyabr tarixində xəbər verir.

Olimpiya İdman Kompleksində üzgüçülük üzrə nümunəvi çıxışlar baş tutub. Nizami parkında gün ərzində təşkil olunan müxtəlif idman növləri üzrə atletlərin nümunəvi çıxışları sakinlər tərəfindən maraqla izlənilib.

Tədbirin sonunda isə şəhərin mərkəzində növbəti konsert proqramı təşkil olunub. Konsertdə Orxan Zeynallı, Nigar Camal və DJ Darkın ifasında bir-birindən maraqlı musiqi nömrələri əhali tərəfindən böyük coşqu ilə qarşılanıb. Ardınca Quba Olimpiya İdman Kompleksində idmançılar üçün film nümayişi təşkil olunub.