Qubada yol nişanı görünməz vəziyyətdədir. Bu barədə ShimalNews-a 20 noyabr tarixində məlumat daxil olub.
Ərdəbil və S.Vurğun küçələrinin kəsişməsində “STOP” işarəsi düşüb. Rabitə və elektrik xətləri üçün istifadə olunan dirəyə quraşdırılan nizamlayıcının rəngi də solub. Sakinlər bildirirlər ki, bu hal bir aya yaxındır ki yaşanır.
Daha öncə həmin yol nişanının sürücülərin çaşqınlığına səbəb olması barədə məlumat vermişdik.