Quba rayonunun Rustov kənd sakinləri uzun müddətdir ki, susuzluqdan əziyyət çəkirlər. Bu haqda ShimalNews 20 noyabr tarixində Report-a istinadən məlumat verir.
Vətəndaşlar bildirirlər ki, artezianın mühərrikinin xarab olması səbəbindən kəndin bir hissəsində 10 ilə yaxındır ki, içməli su təchizatında problem müşahidə olunur. Avtomobili olan şəxslər özləri ətraf kəndlərdən, digər sakinlər isə xüsusi su maşınında bir tonu 8-10 manata satılan sudan alırlar.
“Su xətləri yoxlanılacaq. Yolun asfalt örtüyünün alt hissəsindən keçən borulara hava vurularaq yoxlanılacaq. Ehtiyac olduqda yeni xətlərlə əvəzlənəcək. Sakinlərin içməli su problemi yaxın vaxtlarda həll ediləcək, içməli su təchizatında problem olmayacaq”, – Rustov kənd icra nümayəndəsi Beybut Rəhimov bildirib.