Bakı-Quba yolunda baş verən qəza nəticəsində Xaçmaz sakini dünyasını dəyişib. Bu haqda ShimalNews 20 noyabr tarixində məlumat verir.
Hadisə noyabrın 18-i saat 23:30 radələrində Siyəzən rayonu ərazisində qeydə alınıb. “Kia” markalı avtomobilin sürücüsü piyadanı vurub. Kişi yerindəcə ölüb.
Şahidlər nəqliyyat vasitəsinin sürən şəxsə məxsus olmadığını bildirirlər. O, maşını dayısı oğlundan götürüb və toydan çıxıb, yolun kənarında dayanan Xaçmaz sakinini vurub. Sürücü hadisə yerindən qaçıb.
Araşdırma aparılır.