Quba şəhərində avtobus avtomobilə çarpılıb. Bu haqda ShimalNews 18 noyabr tarixində məlumat verir.

Yol-nəqliyyat hadisəsi Heydər Əliyev prospektində (“Qafqaz Oil”in qarşısında) saat 08:50 radələrində baş verib. Ictimai nəqliyyat vasitəsi “VAZ-21015” markalı avtomobillə toqquşub.

Hadisə şahidləri bildirirlər ki, qəza “VAZ” saxlayıb sərnişin düşürərkən  baş verib. Nəticədə avtomobilin qapısı əzilib, avtobusun isə qapısında olan şüşələr sınıb. Xəsarət alan yoxdur.

Əraziyə YPX əməkdaşları cəlb olunublar.

Quba: Heydər Əliyev prospektində avtobus qəzaya uğrayıb
 
Quba: Heydər Əliyev prospektində avtobus qəzaya uğrayıb