Xaçmaz şəhərinin mərkəzi küçələrindən biri baxımsız vəziyyətdədir. Bu barədə ShimalNews 17 noyabr tarixində məlumat verir.

Şəhid Kamil Novruzov küçəsinin sakinləri bildirirlər ki, yol uzun illərdir ki, təmirsizdir. Yağışlar yağanda yol boyu keçilməz gölməçələr yaranır. Qonşular bunun qarşısını almaq məqsədilə mütəmadi şəkildə bir araya gələrək, yola çınqıl səpirlər.

Daha öncə adıçəkilən yolun təmirsiz halı barədə məlumat vermişdik.