Qubada Olimpiya idman növləri üzrə İdman Festivalı davam edir. Bu haqda ShimalNews 17 noyabr tarixində məlumat verir.
Gün ərzində idmançılara əyləncəli-maarifləndirici fəaliyyətlər və ustad dərsləri təşkil olunub. Bu sırada müxtəlif rəqs növləri, hərbi-vətənpərvərlik hazırlığı, intellektual oyun, ilkin tibbi yardım, film nümayişi və digər fəaliyyətlər həyata keçirilir.
İlk günün ikinci yarısında Quba Olimpiya İdman Kompleksində tonqal ətrafında azərbaycanlı alpinist İsrafil Aşurlı festival iştirakçıları ilə görüşüb, onların suallarını cavablandırıb.
Daha öncə şimal bölgəsində 16-20 noyabr tarixlərində İdman Festivalı sevincinin yaşanacağı haqqında xəbər vermişdik.