Quba şəhərində 2 avtomobil toqquşub. Bu haqda ShimalNews 17 noyabr tarixində məlumat verir.

Yol-nəqliyyat hadisəsi saat 12:30 radələrində Heydər Əliyev prospektində (“Xəzər” marketin qarşısında) qeydə alınıb. Şahidlərin sözlərinə görə, “VAZ-2107” markalı avtomobilin “Mercedes” markalı avtomobilə çarpılması ara məsafəsi saxlamadığına görə baş verib.

Əraziyə YPX əməkdaşları cəlb olunublar.