Quba-Xaçmaz yolunda qəza baş verib. Bu haqda ShimalNews 17 noyabr tarixində məlumat verir.

Hadisə Zərdabi qəsəbəsi ərazisində səhər saatlarında qeydə alınıb. Quba istiqamətində hərəkətdə olan “VAZ-21015” markalı avtomobil idarəetməni itirərək yolun kənarında olan boruya çarpılıb. Xəsarət alan olmayıb.

Əraziyə YPX əməkdaşları cəlb olunublar.