Qubada ölkə ərazisində vətəndaşlara məxsus bank kartlarından pul oğurlayan şəxs saxlanılıb. Bu haqda ShimalNews 16 noyabr tarixində DİN Mətbuat Xidmətinə istinadən məlumat verir.

RPŞ-nin Kibercinayətkarlıqla Mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Asif Səmədov tutulub. Bakı şəhər sakini digər şəxslərə məxsus bank kartlarının üzərində olan kodları müxtəlif yollarla əldə edərək uzun müddət ərzində paytaxtda və bir neçə rayonda vətəndaşların pullarını mənimsəyib.

Səmədov etdiyi dələduzluq əməllərini səmimi etiraf edib. O, əvvəllər də analoji əməllər törətdiyinə görə məsuliyyətə cəlb edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.